"Lerikin İnkişafına Dəstək Qrpu"unun təşəbbüsü və təşkilatçılığı ilə LERİK RAYONU "BUZEYİR MAĞARALAR KƏNDİNİN" TURUST DAYANACAQ MƏNTƏQƏLƏRİNİN, PİYADA YOL VƏ CIĞIRLARIN TİKİNTİSİNİN təməlqoyma mərasimi keçirilmişdir.
"Lerikin İnkişafına Dəstək Qrupu"ndan Azadmedia.az-a verilən məlumata görə tədbirdə Rayon İcra Hakimiyətinn Başçısı Əkbər Abbasov, Milli Məclisin üzvü Vasif Qafarov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, Böyük memar və mühəndis Hacı Övsət Həmidov və digər rayon ziyalıları iştirak etmişdir.
Çıxışçılar bu tədbirin Azərbaycanın ilk insan məskəni düşüncəsinə yeni bir səhifənin açlacağına, gələcəkdə Avropanın gözündə hər gün xatırlanacaq yeni bir tarixi səhifə olacağına şübhə etmədiklərini bildirdilər.
Lerikin “Buzeyir mağaralar kəndi”nə çəkiləcək yol və cığırlar gələcəkdə bu mağaraların elmi tədqiqinə zəmin yaradacaq!
Bu layihə çərçivəsində yaradılacaq turist dayaq məntəqələri
turistlərin mağaralara rahat və təhlükəsiz hərəkətini təmin edəcək, rayonun elmi və mədəni turizm potensialını reallaşdıracaq.
Təbiət turizmi üzrə piyada yürüşləri, yamac paraşütü, dağ velosipedi və s. piyada turizmlə məşğul olan insan üçün ətraf mühitlə birgə yaşayış qaydalarına, turizm texnikasının vərdişlərinə yiyələnəməsinə köməklik edəcək.
Tədbir iştirakçıları qeyd edib ki, "Lerikin İnkişafına Dəstək Qrpu"unun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən BU TARİXİ GÜNDƏ İŞTİRAK ETMƏYƏ GÖRƏ ÇOX QÜRURLANDIQ!