“Qarabağ”ın sabi hücumçusu İbrahima Vadji hazırda azad agent statusundadır.
Sportal.az xəbər verir ki, seneqallı “Sent-Etyen” hücumçuya yeni müqavilə təklif etməyib.
Ağdam klubunun transfer siyahısında yer alan Vadji hazırda klub axtarışındadır.
Onun Azərbaycan çempionunun düşərgəsinə qayıdıb-qayıtmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
Qeyd edək ki, 30 yaşlı hücumçu “Qaziantep BB”, “Molde”, “Haqesund” komandalarında forma geyinib. O, 2021-2022-ci illərdə “Qarabağ”ın üzvü olub.
saytlarin hazirlanmasi