AZ

İran-Rusiya strateji sazişi qüvvəyə minib - FOTO

İranın Rusiyadakı səfiri Kazem Cəlali İran və Rusiya arasında hərtərəfli strateji sazişin artıq qüvvəyə mindiyini və icra oluna biləcəyini açıqlayıb.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə o, "RIA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, sazişin hüquqi mərhələləri hər iki ölkədə yekunlaşıb və əməkdaşlıq sahələri üzrə layihələr real şəkildə həyata keçirilir.

Səfir qeyd edib ki, İsrailin İrana son hücumlarına baxmayaraq, Rusiya ilə birlikdə "Buşehr" atom elektrik stansiyasının ikinci və üçüncü bloklarının tikintisi əvvəlcədən planlaşdırıldığı kimi davam edir.

K.Cəlali əlavə edib ki, İran və Rusiya arasında əməkdaşlıq yalnız regional hadisələrlə məhdudlaşmır, tərəflər arasında siyasi və iqtisadi razılaşmalar əsasında birgə layihələr icra olunur.

ABŞ ilə mümkün danışıqlar barədə sualı cavablandıran səfir bildirib:

"Hazırda ABŞ ilə dialoq üçün heç bir şərait yoxdur. Amerikalılar hələ də öz davranışlarını düzəltmək üçün səy göstərməyiblər".

Seçilən
68
2
moderator.az

1Mənbələr