
İraqın şimalındakı neft yataqlarına pilotsuz təyyarələrin hücumu və “qara qızıl”a tələbatın artması səbəbindən cümə günü ticarət sessiyasının əvvəlində neft yenidən bahalaşıb.
Reyting.az “Reuters”ə istinadla bildirir ki, dron hücumlar səbəbindən yarımmuxtar Şimali İraqda neft hasilatı gündə təxminən 280 min bareldən 140-150 min barrelə qədər azalıb.
Hazırda Brent markalı neftin fyuçersləri 29 sent bahalaşaraq 69,81 dollar/barelə çatıb.
WTI markalı xam neftin qiyməti 27 sent artaraq 67,81 dollar/barelə yüksəlib.
Yay turist dalğası da neft qiymətlərini əlavə olaraq dəstəkləyir.
JPMorgan analitikləri araşdırma qeydinə görə, iyulun ilk iki həftəsində qlobal neft tələbatı orta hesabla gündəlik 105,2 milyon barel təşkil edib ki, bu da ötən illə müqayisədə 600 min barel çoxdur.
Mövsümi tələbatın pik fonunda neft emalı zavodları təmirdən qayıtdığı üçün Asiyada neft istehlakı artıb.
Eyni zamanda, Trampın tarifləri ilə bağlı qeyri-müəyyənlik “qara qızıl” qiymətlərinin artımını ləngidir. Böyük neft şirkətlərinin neft hasilatının azaldılmasını geri qaytarmaq planları qiymətlərə əlavə təzyiq göstərir.
ING analitikləri neft qiymətlərinin yaxın gələcəkdə artım üçün əlverişli şəraitin olacağını gözləyirlər, lakin onların fikrincə, ilin son üç ayında neft təklifi artacaq.
V. QULİYEV