AZ

"ASK Arena" təmirə bağlandı, "Sabah" bu stadiona sığındı

"ASK Arena"nın təmirə bağlandığını xəbər vermişdik. 

Fanat.Az-ın məlumatına görə, bu durum arenanın xidmətindən yararlanan "Sabah" klubunu alternativ axtarmağa vadar edib.

Paytaxt klubu "ASCO Arena"ya sığınıb. Söhbət "Sabah-2" və akademiyanın digər yaş qruplarından gedir. "Sabah"ın əvəzediciləri ilə aşağı yaş qruplarından ibarət komandaları məşqlərini müvəqqəti olaraq "ASCO Arena"da davam etdirəcəklər. 

Qeyd edək ki, "Sabah-2" və klub akademiyasının məşq etdiyi "ASK Arena"da əsaslı təmir işlərinə başlanılıb. Stadionun soyunub geyinmə otaqları, ofisləri və meydanın süni ot örtüyü yenilənəcək. Artıq köhnə avadanlıqların, süni ot örtüyünün sökülməsinə start verilib. 

Keçmiş adı "Şəfa", daha sonra "İnter Arena" olan stadion 2000-ci ildə əsaslı şəkildə yenidən qurulub. 2001-ci ildən istifadəyə verilən arena 2018-ci ilin 20 iyulundan Azərbaycan Sənaye Korporasiyasının balansına keçdiyi üçün şirkətin adının baş hərflərini (ASK) özündə əks etdirir. 

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr