“Rusiya ilə danışıqlar prosesinə “daha çox dinamika” lazımdır”.
Bakues.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında yazıb.
Zelenski keçmiş Ukrayna müdafiə naziri Rustem Umerovu ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi vəzifəsinə təyin etdiyini və bu addımın Rusiya ilə danışıqlar prosesini aktivləşdirmək məqsədi daşıdığını bildirib.
“Hazırda İstanbulda keçirilən ikinci görüşün razılaşmalarının icrası davam edir. Bu prosesə daha çox dinamika lazımdır,” – deyə Ukrayna prezidenti qeyd edib.