AZ

Pekin qeyri-qanuni sanksiyalara qarşı çıxdı

Pekin qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxır və öz şirkətlərinin maraqlarını qorumaqda qərarlıdır. 

News365.az xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Lin Tsyan brifinqdə bildirib.

Onun sözlərinə görə, Çin həmişə BMT-nin təsdiqi olmadan qəbul edilən əsassız birtərəfli sanksiyalara qarşı çıxıb. 

Qeyd edib ki, Çin Avropa tərəfini Çin şirkətlərinin maraqlarına əsassız şəkildə zərər verməyi dayandırmağa çağırır və öz müəssisələrinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün zəruri tədbirlər görəcək.


Seçilən
17
news365.az

1Mənbələr