AZ

Ermənistanda nazir müavinini qətlə yetirən şəxs tutuldu 

Ermənistanda müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin üstü 27 ildən sonra açılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, cinayəti törətməkdə 3 nəfər ittiham olunur.

İstintaqın məlumatına görə, hadisənin təşkilatçı və ortağı S.A.-dır. O bu addımı eqoist məqsədlərlə atıb. S.A. iki ortağına 10 min və 15 min dollar vəd edib və onlar birlikdə təyin olunmuş gündə - 1998-ci il dekabrın 10-da Xorxorunini gözləyib, evinin girişində güllələyiblər.
S.A artıq saxlanılıb.

Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə evinin girişində qətlə yetirilib. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.

Seçilən
75
14
modern.az

10Mənbələr