AZ

Poqba “Monako”ya keçməzdən əvvəl Mbappe və Evra ilə məsləhətləşib

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba bu yay klub ilə iki illik müqavilə imzalamazdan əvvəl dostları Patris Evra və Kilyan Mbappeyə zəng edib.

Operativ Media xəbər verir ki, bu haqda "L'Equipe" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Poqbanın Fransa millisindəki keçmiş komanda yoldaşları "Monako"dakı yerli ab-havanı qeyd ediblər və bu, Paulu müqaviləni imzalamağa daha da inandırıb.

Evra 2002-2006-cı illərdə, Mbappe isə 2015-2017-ci illərdə "Monako"da çıxış edib.

İyunun 28-də "Monako"  32 yaşlı Poqba ilə müqavilə imzaladığını elan edib.

Seçilən
16
operativmedia.az

1Mənbələr