AZ

Trampdan 9 trilyon dollarlıq addım: Pensiya bazarı kriptovalyutalara açılır

ABŞ prezidenti Donald Tramp ölkənin 9 trilyon dollarlıq pensiya bazarını kriptovalyuta və alternativ investisiyalara açmağa hazırlaşır. 

Valyuta.az xəbər verir ki, "Financial Times"ın xəbərinə görə, bu həftə imzalanması gözlənilən prezident fərmanı ilə federal tənzimləyici qurumlara mövcud məhdudiyyətləri aradan qaldırmaq tapşırılacaq. Bu qərar, amerikalıların 401(k) pensiya planları vasitəsilə ənənəvi səhmlər və istiqrazlardan kənara çıxaraq portfellərini diversifikasiya etməsinə imkan verəcək.

Yeni təşəbbüs çərçivəsində pensiya planları kriptovalyutalar, qızıl, özəl kapital, şirkətlərin satın alınması, infrastruktur layihələri və özəl kreditlər kimi yüksək riskli və az likvid alternativ investisiyalara yönəldiləcək fondları da əhatə edə biləcək.

Əmək Nazirliyinə bu cür yüksək riskli investisiyaları təklif edən pensiya planı idarəçiləri üçün hüquqi müdafiə təmin etmək tapşırılacaq. Beləliklə, bu planları idarə edən qurumların potensial məsuliyyətlə bağlı narahatlıqları azalacaq.

Tramp, 2024-cü il prezident seçkiləri öncəsində kriptovalyutaları dəstəklədiyini açıq şəkildə bəyan edib və bu sahədə sərbəst bazarın inkişafına yönəlmiş qanun layihələrini dəstəkləyib. Tramp ailəsi “Trump Media & Technology Group” vasitəsilə rəqəmsal valyutalara ciddi sərmayələr yatırıb.

"Blackstone", "Apollo" və "BlackRock" kimi özəl kapital nəhəngləri, bu dəyişiklikləri pensiya yığımlarından yüz milyardlarla dollar yeni aktiv cəlb etmək üçün bir fürsət kimi dəyərləndirir və artıq yeni bazarda pay almaq məqsədilə tərəfdaşlıqlar qurmağa başlayıblar.

Bu fərman, amerikalıların pensiya üçün necə və hara sərmayə yatırdıqlarını köklü şəkildə dəyişdirə, onların portfel seçimlərini əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Paşa Məmmədli

phrase_var_article.chosen
64
valyuta.az

1phrase_var_article.sources