AZ

Rumıniya və Ukrayna PUA-ların birgə istehsalını planlaşdırır

Rumıniyanın Milli Müdafiə Nazirliyi Ukrayna tərəfi ilə birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlamağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

Məlumata görə, birinci mərhələdə Rumıniya Ukraynaya məxsus PUA-ların komponentlərinin ödənişini həyata keçirəcək. İkinci mərhələdə isə çox güman ki, ölkənin mərkəzi hissəsində yerləşən Braşov şəhərində birgə istehsalın qurulacağı zavod açılacaq. Qeyd olunur ki, istehsal edilən pilotsuz uçuş aparatlarının bir hissəsi Rumıniya ordusunda istifadəyə veriləcək, digər hissəsi isə Avropa ölkələrinə ixrac olunacaq.

Telekanal bildirir ki, iki ölkənin müdafiə nazirləri qarşıdakı razılaşmanı müzakirə etmək üçün görüşə bilərlər. Bu görüşün 2026-cı ildə, Rumıniyanın yeni hərbi büdcəsi təsdiqləndikdən sonra baş tutacağı gözlənilir.

Seçilən
7
operativmedia.az

1Mənbələr