AZ

Bakıdakı toplantı dövlət sektorunda auditin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir - ARABOSAI-nin sədri

Bakı. Trend:

Bu birgə görüş dinlərarası əməkdaşlığın dəyərini əks etdirən birnümunədir. Bu, dövlət sektorunda auditin inkişaf etdirilməsi,institusional potensialın gücləndirilməsi və müvafiqregionlarımızda yaxşı idarəçilik və davamlı inkişafın təminedilməsinə olan ortaq öhdəliyimizi göstərir.

Trend xəbərverir ki, bunu ARABOSAI-nin sədri – Səudiyyə Ərəbistanı Ali AuditQurumunun (SAI) nümayəndəsi Sultan Alotaibi Bakıda keçirilən AsiyaAli Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit OrqanlarıTəşkilatının (ARABOSAI) birgə toplantısında deyib.

O bildirib ki, qarşıdakı müzakirələri və nümayəndələr tərəfindənbölüşüləcək dəyərli fikirləri səbirsizliklə gözləyir: "Bu fikirmübadilələri ortaq çağırışları araşdırmaq və bir-birimizdənöyrənmək, birgə daha səmərəli işləmək üçün imkanlarımüəyyənləşdirmək baxımından çox önəmlidir".

"Biz Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) olaraq buortaq yolda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI)həmkarlarımızla bir sırada dayanmaqdan qürur duyuruq və bu mənalıəməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik", - deyəSultan Alotaibi qeyd edib.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr