Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasınınaçılışında iştirak edib.
Trend xəbər verir ki, elm vətəhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdəyaradılan şərait barədə məlumat verdi.
Qeyd edək ki, bu təhsil ocağının təməli 2021-ci il mayın 28-dəPrezident İlham Əliyev tərəfindən qoyulub. Bu ilin fevralında isədövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva buradaaparılan tikinti işləri ilə tanış olublar.
Məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nınicrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq,7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik,sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchizedilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika vəçağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlikyeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəliftədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalıidman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllimvə şagirdlərin ixtiyarına verilib.
Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verənmaddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir.Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilənərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və busahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyəverilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha birnümunəsidir.