AZ

“Sabah”ın futbolçusu bu göstəricidə 5-ci oldu

Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah”ın I təsnifat mərhələsində “Selye” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

UEFA Çempionlar Liqası

2000/2001 mövsümü

Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

2024/2025 mövsümü

Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) – 5:0

UEFA Avropa Liqası

2014/2015 mövsümü

Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

2015/2016 mövsümü

Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

2025/2026 mövsümü

Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasında Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. "Sabah" ilk oyununu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.

Seçilən
9
14
fanat.az

10Mənbələr