AZ

“Avropa Birliyi Rusiya ilə münasibətləri tam kəsməməyə çalışır”- Tamilla Qulami

 “Avropa Birliyi Rusiya ilə münasibətləri tam kəsməməyə çalışır”.

Politoloq Tamilla Qulami News365.az-a açıqlamasında bildirib ki, Avropa Birliyi Ukrayna-Rusiya müharibəsi fonunda Rusiya ilə münasibətləri tamamilə kəsməkdən çəkinir və qəbul etdiyi qərarlarda bu amili nəzərə alır.

Qulaminin sözlərinə görə, Avropa İttifaqı tərəfindən tətbiq olunması planlaşdırılan 18-ci sanksiya paketi ilə bağlı Slovakiya və Macarıstan kimi Şərqi Avropa ölkələrinin ehtiyatlı davranışı da bu tendensiyanın göstəricisidir:

“Slovakiya bu sanksiyalara ehtiyatla yanaşır. Halbuki gələcəkdə müharibə davam edərsə, əziyyət çəkəcək ilk ölkələrdən biri məhz Slovakiya olacaq. Eyni mövqeyi Macarıstan da sərgiləyir. Bu ölkələr Rusiya ilə münasibətlərin tam kəskinləşməsini istəmirlər.”

Politoloq vurğulayıb ki, Şərqi Avropa ölkələri tarix boyu Rusiyanın işğalçı siyasətindən zərər çəkiblər və bu səbəbdən vəziyyəti daha yaxşı anlayırlar. Ona görə də bu ölkələr münasibətləri tam qırmaq yerinə, gərginliyi azaltmaq və mümkün atəşkəs üçün zəmin yaratmaq istəyirlər.

Tamilla Qulami onu da qeyd edib ki, Avropa İttifaqı təkcə regional yox, qlobal güc kimi çıxış etməyə çalışır:

“Avropa artıq təkcə regional oyunçu olmaqla kifayətlənmir. ABŞ-dan sonra qlobal səviyyədə ikinci güc olmaq iddiasındadır. Bu baxımdan atılan hər bir addım həm də strateji maraqlarla bağlıdır.”

Seçilən
17
news365.az

1Mənbələr