AZ

ARABOSAI-nin sədri: "Azərbaycan regional əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır"

Azərbaycan regional əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) sədri Sultan Al-Otaibi Bakıda keçirilən Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə ARABOSAI-nin birgə görüşündə bildirib.

O qeyd edib ki, Azərbaycan yalnız ev sahibi ölkə kimi deyil, həm də ictimai maliyyə auditi sahəsində regional əməkdaşlığın fəal iştirakçısı və təşəbbüskarlarından biri kimi çıxış edir.

Sultan Al-Otaibi həmçinin ASOSAI və ARABOSAI üzvləri arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inandığını vurğulayıb.

“ARABOSAI olaraq biz Azərbaycanla və digər ASOSAI üzvləri ilə əməkdaşlıqdan qürur duyuruq. Bu tərəfdaşlığın davamlı və səmərəli olacağına əminik". – deyə o əlavə edib.

Seçilən
46
report.az

1Mənbələr