AZ

Menecer Ayşe Barım Adli Tibb Müəssisəsinə göndərildi

Gezi Parkı etirazları ilə bağlı başlanan istintaq çərçivəsində həbs edilən tanınmış menecer Ayşe Barım dünən həbsxanadan Adli Tibb Müəssisəsinə göndərilib.

Onun vəkili Dəniz Ketenci məlumat verib ki, müvəkkili səhhətindəki ciddi problemlər səbəbilə müayinə üçün Adli Tibbdə müayinə olunacaq.

Qeyd edək ki, ötən həftə keçirilən ilk məhkəmə iclasında Ayşe Barım məhkəməyə səhhəti ilə bağlı bu sözləri demişdi:

“162 gündür həbsdə saxlanılıram. Beynimdə anevrizma var. Ürəyimdə altı fərqli xəstəlik aşkarlanıb. Sağlam olmayan şəraitdə yaşamağa məcburam.”

Ayşe Barım barəsində 22,5 ildən 30 ilədək azadlıqdan məhrumetmə cəzası tələbi ilə cinayət işi aparılır. Məhkəmə onun müraciətinə əsasən səhhət vəziyyətinin müəyyənləşdirilməsi üçün Adli Tibb Müəssisəsinə göndərilməsinə qərar verib.

Seçilən
13
news365.az

1Mənbələr