AZ

Tunç Soyer və CHP rəsmilərinə qarşı ittiham irəli sürüldü

İzmir Böyükşəhər Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən İZBETON şirkətinə yönəlik keçirilən əməliyyat çərçivəsində, kooperativlərdə baş verdiyi iddia olunan qanunsuzluqlarla bağlı aparılan istintaq nəticəsində keçmiş İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç SoyerCHP İzmir İl Başçısı Şenol Aslanoğlu da daxil olmaqla bir sıra şübhəlilər barəsində ittiham aktı hazırlanıb.

İttihamnamədə bildirilir ki, Örnekköy 3-cü və 4-cü mərhələlər, Gaziemir-Aktepe/Emrez qəsəbəsinin 1-ci mərhələsi, Karabağlar 3-cü və 4-cü mərhələ layihələrində mənzil qarşılığında inşaat işləri zamanı ciddi qanun pozuntularına yol verilib. Bu çərçivədə 449 zərərçəkmiş, 7 şikayətçi müəyyən olunub.

Həmçinin Maliyyə və Xəzinə Nazirliyi, Daxili İşlər Nazirliyi, İzmir Böyükşəhər BələdiyyəsiİZBETON A.Ş. də bu iş üzrə cinayətdən zərərçəkmiş tərəflər kimi göstərilib.

Seçilən
20
news365.az

1Mənbələr