Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah”ın I təsnifat mərhələsində “Selye” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.
Apasport.az xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.
31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.
2000/01 mövsümü, Çempionlar Liqası
Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)
2014/15 mövsümü, Avropa Liqası
Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3
2015/16 mövsümü, Avropa Liqası
Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1
2024/25 mövsümü, Çempionlar Liqası
Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) – 5:0
2025/26 mövsümü, Avropa Liqası
Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)
Qeyd edək ki, evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında mübarizə aparacaq.
Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb
Nigeriya millisinin üzvü “Karvan”da - RƏSMİ
Elmar Baxşıyev: “Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”
Premyer Liqanın püşkü atılacaq
AL: "Sabah" mübarizəni dayandırdı - YENİLƏNİB