AZ

Netanyahu Trampın tələbindən sonra açıqlama verdi

İsrail Baş nazirliyinin İngilis X hesabından Netanyahu adından yayımlanan açıqlamada, Müqəddəs Ailə Kilsəsinin hədəf alınmasından kədərləndiyi ifadə edildi.

Turkustan.az xəbər verir ki, bəyanatda mərhumların ailələrinə başsağlığı verilib və katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa XIV Leo-ya "təsəlliverici sözlərə" görə təşəkkür edilib və hadisənin araşdırıldığı iddia edilib.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda 600-dən çox məscidi dağıtmasına, ən azı 4 kilsəni hədəf almasına və 58 mindən çox fələstinlinin ölümünə səbəb olmasına baxmayaraq, bəyanatda Tel-Əvivin "mülki insanları və müqəddəs yerləri qorumaq öhdəliyini yerinə yetirdiyi" iddia edilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
28
turkustan.az

1Mənbələr