Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus AuldMilli Mətbuat Günüərəfəsindəbir qrup jurnalistlə görüşüb.
XəzərNews.az xəbər verir ki, səfirin iqamətgahında təşkil olunan ziyafətə tanınmış media mənsubları qatılıb.
Azərbaycanın milli mətbuatının tarixindən danışan səfir bildirib ki, “Əkinçi qəzeti”nin təməlinin qoyulması Azərbaycan jurnalistikasının ən mühim hadisəsidir.
O, “Əkinçi qəzeti”nin Azərbaycan jurnalistikasının təməli olduğunu vurğulayıb.
Hazırda Azərbaycan mətbuatının vəziyyətinə toxunan səfir, həbsdə olan jurnalistlərin məsələsinə də diqqət çəkib.
Ölkəsinin həbsdə olan jurnalistlərin məsələsinə diqqət göstərdiyini deyən diplomat əlavə edib ki, Azərbaycan hökuməti ilə dialoqlarında bu məsələ hər zaman müzakirə olunur.

Xəbər 10 dəfə oxunub.