AZ

Qaraciyərin bərpasına kömək edir: onu nə vaxt yeməlisiniz?

Dünya əhalisinin təxminən 30 faizi Alkoqolsuz Yağlı Qaraciyər Xəstəliyindən (NAFLD) əziyyət çəkir. Bu səssiz, lakin ciddi xəstəlik piylənmə, 2-ci tip şəkərli diabet və metabolik sindromla əlaqələndirilir. Xəstəliyin erkən mərhələrdə simptomlar verməməsi onun "səssiz epidemiya" adlandırılmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, qaraciyər funksiyasının qorunmasında fındıq tərkibli qidalar önəmli rol oynaya bilir. Xüsusən qoz, badam, püstə, pekan və Braziliya fındığı kimi qidalar faydalı tərkibləri sayəsində qaraciyəri dəstəkləyir, iltihabı azaldır və yağ yığlanmasını əngəlləyir.

2020-ci il tədqiqatları nəticəsində, qoz istehlakının piylənmə, diabet və dislipidemiya kimi faktorları yümşaldırdığı müəyyən olunub. Həftədə 4 dəfə və daha çox fındıq istehlakı NAFLD riskini 20 faiz azalda bilir.

Qoz: Omeqa-3, antioksidant və E vitamini baxımından çox zəngindir. Səhər saatlarında və ya axşam yatmazdan əvvəl yeyilməsi təvsiyə olunur.

Badam: E vitamini, mono doymamış yağ və liflə zəngin olduğu üçün qaraciyər metabolizmasını təsirləndirir. Qan şəkərinə nəzarətə kömək edir.

Püstə: Yüksək antioksidant tərkibi sayəsində lipid metabolizmasına təsir göstərərək qaraciyəri qoruyur. Məşq öncəsi enerji mənbəyi kimi uyğundur.

Nəhayət, bu qidaların istifadəsindən əvvəl hər bir insanın səhiyyə durumu və ehtiyacları nəzərə alınmalı, dietoloqla məsləhətləşmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
20
e-saglam.az

1Mənbələr