Katoliklərin ruhani lideri və Vatikan Dövlətinin Başçısı Papa XIV Leo İznik Konsilinin 1700-cü ildönümü tədbirlərində iştirak etmək üçün bu il Türkiyəni (Bursanın İznik rayonunu) ziyarət etməyi planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, iqamətgahının yay rezidensiyası olan Castel Gandolfo qəsəbəsində ABŞ-dən gələn nümayəndə heyətini qəbul edən Papa “Konsilin ildönümündə ekumenik anma mərasimində iştirakınızı gözləyirəm”,- deyə bildirib.
Papa Fransiskin vəfatından sonra 8 may tarixində seçilən Leo hələ xarici səfərə çıxmayıb. Türkiyə səfəri Papa üçün ilk xarici səfər olacaq. Miladi təqvimi ilə 325-ci ildə keçirilmiş Konsilin ildönümünə həsr olunmuş tədbirlər noyabr ayında İznik və İstanbulda baş tutacaq.