ABŞ Konqresinin Nümayəndələr Palatası hökumət xərclərinin 9 milyard dollar azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib...
Poliqon xəbər verir ki, bunun üçün Hökumətin Effektivliyi Departamenti (DOGE) xarici yardım, həmçinin NPR və PBS yayımçıları üçün maliyyəni azaltmağı təklif edib.
İclasda 216 iştirakçı lehinə, 213 nəfər isə əleyhinə səs verib. Qanun layihəsi artıq Senatda təsdiqlənib və imzalanması üçün prezident Donald Trampa göndərilib.
İyun ayında Nümayəndələr Palatası prezident administrasiyasının hökumətin maliyyələşdirməsini 9,4 milyard dollar azaltmaq təklifini dəstəkləyib.
Poliqon.info