AZ

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşdirdiyini bildirib. 


Cəbhədəki vəziyyəti nəzərə alsaq Rusiyanın yeni bir genişmiqyaslı hücuma başlamaq imkanı varmı və Ukrayna bu hücumun qarşısını ala bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən istifadə etmək istəyir:

 


“İsrail-İran müharibəsindən sonra İsrail-Suriya müharibəsi başlayıb. Amerika və Qərbin paralel olaraq Yaxın Şərqə də diqqəti artıb. Rusiya bu fürətdən istifadə edib Ukraynadakı öz mövqelərini daha da gücləndirib daha geniş ərazi işğal etmək istəyir. Hətta Rusiya prezidenti miqrantların da müharibəyə aparılması üçün fərman imzalayıb. Son dövrlər ehtiyatı azalmış hərbi sursatları bərpa etmək üçün 3 növbəli zavodlar faəliyyət göstərir”. 

 

Hərbi ekspert qeyd edib ki, bu müharibə qısa müddətdə bitməyəcək:

 

“Müharibənin bitməsi üçün ya Putin, ya da Zelenski hakimiyyətdən getməlidir. İndiki vəziyyətdə nə Qərb, nə də Rəsmi Moskva güzəştə getmək istəyir. Prosesin bu cür davam etməsi də daha böyük itkilərə gətirib çıxaracaq. Ukrayna-Rusiya müharibəsi yaxın zamanlarda daha da gərgin fazaya daxil olacaq”.


Firuzə Əliyeva
Sfera.az

Seçilən
19
sfera.az

1Mənbələr