Finss.az - “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin tərkibindən ayrılmaqla “Modern Technology Company” MMC təsis olunub
“Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunduğunu elan edib. Şirkətdən verilən məlumata görə, bu proses çərçivəsində tərkibindən ayrılma yolu ilə yeni hüquqi şəxs – “Modern Technology Company” MMC yaradılıb.
Yenidən təşkilatlandırma şirkətin strukturunun optimallaşdırılması və fəaliyyət istiqamətlərinin daha səmərəli şəkildə idarə olunması məqsədi daşıyır. Yeni təsis olunan hüquqi şəxs gələcəkdə texnoloji istehsal, innovasiya və mühəndislik sahələrində fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 1 milyard 94 milyon 104 min 346 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Hicran Valehovdur.
Hazırda STP Azərbaycan sənayesində iri istehsal və texnologiya mərkəzlərindən biri kimi çıxış edir və müxtəlif sənaye məhsullarının istehsalı ilə məşğuldur.