Bakının məşhur geyim mağazasında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübləndirib.
Sfera.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, "New Yorker" geyim dükanındakı soyunub-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.
Məsələ ilə bağlı geyim mağazası ilə əlaqə saxlayan "oxu.az"ın sorğusunu cavablandıran əməkdaş faktı təsdiqləsə də, açıqlaması bir qədər maraqlı olub:
"Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir".
"Bəs nəyi çəkir?" sualı isə cavablandırılmayıb.