AZ

20 dəqiqədən uzun davam edən burun qanamasına DİQQƏT!

Yay aylarında artan temperatur burun selikli qişasının qurumasına və çatlamasına səbəb olaraq burun qanamalarını artırır. Qulaq, burun, boğaz üzrə mütəxəssis Op. Dr. İsmet Çerçi, xüsusilə hipertoniya (yüksək təzyiq) xəstələrinin risk altında olduğunu bildirib.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Səbəblər və risk qrupları

Dr. Çerçiyə görə, kondisioner istifadəsi, günəşə həddindən artıq məruz qalmaq və kifayət qədər maye qəbul etməmək burun içi damarların həssaslığını artırır. Hipertoniya isə burundakı kapilyar damarların üzərində təzyiq yaradaraq qanamanı daha da şiddətləndirə bilər. Uşaqlar və yaşlılar da daha həssas qruplar hesab olunur.

Qanama zamanı nə etmək lazımdır?

Qanama baş verdikdə:

Baş irəli əyilməli

Burun qanadları 5-10 dəqiqə iki barmaqla sıxılmalıdır

Soyuq kompres tətbiq edilə bilər

Əgər qanama 20 dəqiqədən çox davam edirsə, dərhal tibbi yardım alınmalıdır.

Mütəxəssis, burunla çox oynamaq, sərt şəkildə burunu təmizləmək kimi hərəkətlərin də burun travmasına səbəb ola biləcəyini vurğulayıb. Yay aylarında burun sağlamlığına qarşı daha diqqətli yanaşmaq tövsiyə olunur.

Xeyrənsə Piriyeva


Seçilən
85
news24.az

1Mənbələr