Bir çox məşhurlar ən azı bir dəfə plastik cərrahın əməliyyat masasında olublar. Bəziləri bu barədə açıq danışır, amma bəziləri isə gizlədir. Hətta bəziləri üçün xarici görünüşünü dəyişdirmək cəhdləri uğurlu olmadığından, karyeralarına mənfi təsir göstərib.
Hafta.az-ın bu sayında plastik əməliyyatdan peşman olan və əvvəlki gözəlliklərini qaytarmaq istəyən ulduzlardan bəhs edəcəyik:
Kortni Koks
"Dostlar" serialının ulduzu Kortni Koksun etiraf etdiyi kimi, o, bir vaxtlar gözəllik iynələrinə həddən artıq aludə olub və buna baxmayaraq, uzun müddət özündə dəyişiklikləri hiss etməyib. O deyir ki, pərəstişkarları artıq onu tanımadığını yazıblar və rejissorlar ona yeni rollar təklif etməyi dayandırıblar. Və bir gün Koks həqiqətən də, güzgüdə özünü tanımayıb...
“Əvvəl başqalarına qəribə göründüyümü başa düşmədim. Amma bir gün onların dediklərinin doğru olduğunu anladım. Bilsəydim, belə əməliyyat etdirməzdim”, - deyib aktrisa.
Bundan sonra Kortni dərisinin altındakı filləri çıxarmaq qərarına gəlib və öz təbii görünüşünü qaytara bilib. Bu gün o, yalnız krem və maskalarla özünə qulluq edir və heç bir plastik əməliyyat haqqında düşünmür.
Ariana Qrande
Müğənni həmişə plastik əməliyyatda ittiham olunduğu üçün o, hətta poliqraf (yalan detektoru) testindən də keçib. Cihaz qızın üz gərmə, burun əməliyyatı və döş əməliyyatı etmədiyi barədə dediklərini təsdiqləyib.
“Bu illər ərzində dodaqlarıma çoxlu dolgu və botoks etdirmişəm. Bir anda üzümün çox hərəkətsiz olduğunu və dodaqlarımın çox böyüdüyünü başa düşdüm. İynələrdən imtina etdim. İndi mən qırışlarımı görmək istəyirəm”, deyə müğənni bildirib.
Eyni zamanda, o, gələcəkdə bu cür prosedurlara qayıtmağın mümkünlüyünü də istisna etməyib. Bütün pərəstişkarları onun təbiiliyinə inanmır, çünki 32 yaşında Ariana yeniyetmə kimi görünür.
Bella Hadid
Dünyanın ən gözəl qadınlarından olan Bella Hadid uzun müddətdir ki, heç bir əməliyyat keçirmədiyini iddia edib. Lakin o, “Vogue” jurnalına müsahibəsində 14 yaşında rinoplastika (burun əməliyyatı) etdirdiyini və indi peşman olduğunu deyib.
Hadid bildirib ki, indi atalarından miras qalan görkəmini qorumaq istəyir, lakin gəncliyində ciddi komplekslər olub. Ona görə də anası razılaşaraq onun əməliyyat olunmasına icazə verib. Bella digər əməliyyatlar və doldurucular haqqında məlumatları təkzib etdi: o, üzünü və dodaqlarını korlamaqdan qorxduğunu bildirib.
Mikki Rurk
Mikki Rurk aktyorluqdan peşəkar boksa keçdi. Bu ona ciddi xəsarətlər bahasına başa gəldi: burnu beş dəfə qırıldı. Aktyor kinoya qayıtmaq istəyəndə şou-biznesin “ideal üz” tələb etdiyini anlayıb və plastik əməliyyata əl atıb.
Ancaq nəticələr faciəli oldu - Rurk o yerə çatdı ki, tanınmaz oldu, mimikaları itdi.
O, müsahibələrində deyirdi ki, vaxtı geri qaytara bilsə, cərrah masasına uzanmazdı.
Qeyri-təbii görünüş ona ancaq mənfi rollar gətirirdi - qatı qatillər, cinayətkarlar... Və hər bir əməliyyat vəziyyəti daha da pisləşdirirdi.
Kayli Minoq
Avstraliyalı müğənni Kayli Minoq uzun müddətdir ki, plastik əməliyyatdan imtina edib. Sosial şəbəkələrdəki fotolarında o, təbii görünür. Amma təsadüfi fotolar pərəstişkarlarının narahatlığına səbəb olub: 57 yaşlı müğənninin üzü simmetrik görünür, dərisi isə qeyri-adi dərəcədə hamardır.
Kayli daha əvvəl botoks və digər estetik prosedurları sınadığını, lakin cərrahi müdaxilələrdən tamamilə imtina etdiyini deyir. Bunun doğru olub-olmadığı bilinmir.
Axı tamaşaçını tam razı salmaq mümkün deyil: kimsə qırışlara etiraz edərkən, başqası həddindən artıq “ideal” üzdən şikayətlənir.