
Ara Abramyan
Erməni diasporunun hüquqları məhdudlaşdırılıb və səsvermə hüququndan məhrum edilib. Ermənistan vətəndaşları səs vermək üçün öz ölkələrinə uçmalıdırlar.
Reyting.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan rus mediasına deyib.
“Artıq səsvermə hüququmuz yoxdur. Əgər səs vermək üçün Ermənistana getməliyik. Bilet al, Ermənistana get və səs ver. Bu, artıq Ermənistan vətəndaşlarının hüquqlarının pozulmasıdır”,- deyə Abramyan əlavə edib.
Qeyd edək ki, Ermənistanın Seçki Məcəlləsinə əsasən, seçkilərdə səsvermə yalnız ölkə ərazisində açıq olan seçki məntəqələrində keçirilir. Xaricdə yaşayan ermənilər Ermənistanda keçirilən seçkilər üçün səs verə bilməzlər. Məhz bu amil Rusiyada yaşayan ermənilərin baş nazir Nikol Paşinyana qarşı səs verməsini təmin etmək məqsədilə təşkilatlandırılmasını mümkünsüz edir.
E. KAMAL