"Real Madrid" 2024/25 mövsümü üçün rekord gəlir açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" başa çatan mövsümü 1.185 milyard dollar gəlirlə tamamlayıb. Bu, əvvəlki ilə nəzərən 10 faiz artım deməkdir. İndiyə qədər heç bir futbol klubu milyard səddini aşa bilməmişdi.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Real Madrid" heç bir turnirdə uğurlu ola bilməyib. Buna baxmayaraq onlar bu məbləğə çata biliblər.