“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, İngiltərə təmsilçisi “Rusenborq”dan Sverr Nyupanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Nyupan 2022-ci ildən “Rusenborq”da çıxış edirdi. O, 70 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.