AZ

"ASK Arena" bağlandı - Söküntü işlərinə start verildi

Paytaxtın əsas arenalarından biri təmirə bağlanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ASK Arena"da əsaslı təmir işlərinə başlanılıb.

Stadionun soyunub geyinmə otaqları, ofisləri və meydanın süni ot örtüyü yenilənəcək. Artıq bir neçə gündür ki, söküntü işlərinə başlanılıb. Köhnə avadanlıqların, süni ot örtüyünün sökülməsinə start verilib. 

Keçmiş adı "Şəfa", daha sonra "İnter Arena" olan stadion 2000-ci ildə əsaslı şəkildə yenidən qurulub. 2001-ci ildən istifadəyə verilən arena 2018-ci ilin 20 iyulundan Azərbaycan Sənaye Korporasiyasının balansına keçdiyi üçün şirkətin adının baş hərflərini (ASK) özündə əks etdirir. 

Mirağa

phrase_var_article.chosen
69
fanat.az

1phrase_var_article.sources