AZ

"Şanxay" bazarını bir anda alov bürüdü

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın paytaxtı Astanada Alaş şosesi yaxınlığındakı Baykonur rayonunda "Şanxay" bazarı yanıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumata görə, hadisə yerində yanğınsöndürmə qərargahı yaradılıb. Həmçinin FHN-in komandanlıq mərkəzində hərəkətlərin koordinasiyası üzrə qərargah yerləşdirilib.

İlk bölmələr gələnə qədər yanğın böyüyüb və döşəmələrarası qat qismən çöküb. Yüksək yanğın yükü və güclü tüstü isə söndürməni çətinləşdirib.

Görülən tədbirlərlə yanğın lokallaşdırılıb. Ölən və ya xəsarət alan yoxdur. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar. /"Tengrinews"/

phrase_var_article.chosen
39
hafta.az

1phrase_var_article.sources