AZ

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 30 minə yaxın xidmət göstərilib

Yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 22.364 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 29.914 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

Ümumi xidmətlərin 92 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

-Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

-Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

-Asanİmza sertifikatının verilməsi;

-Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

-Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

-Vergi ödəyicisinə arayışların verilməsi;

-Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

-Fiziki şəxsin uçotdan çıxarılması;

-Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-iyun aylarında vergi ödəyicilərinə 660.523 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 60 görüş keçirilib, 248 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.654 müraciət üzrə 2.907Asan İmza sertifikatı verilib.

Seçilən
33
7
vergiler.az

10Mənbələr