AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 28 şəhərdə 153 nəfər saxlanıldı

BAKI, TurkicWorld

Türkiyədə son iki həftə ərzində terror təşkilatı İŞİD-ə qarşı aparılan əməliyyatlar nəticəsində 153 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında məlumat verib.

Nazirin açıqlamasına görə, əməliyyatlar Adana, İstanbul və İzmir başda olmaqla 28 şəhərdə həyata keçirilib.

Saxlanılan şəxslərin İŞİD terror təşkilatına üzv olduqları, təşkilatla əlaqəli qondarma yardım qurumları vasitəsilə maliyyə dəstəyi təmin etdikləri və sosial media platformalarında terror təbliğatı apardıqları müəyyən edilib.

Əməliyyatlar zamanı çox sayda təşkilata məxsus sənəd və rəqəmsal materialın ələ keçirildiyi bildirilib.

“Terrorla mübarizə təkcə sahədə aparılan əməliyyatlarla məhdudlaşmır. Bu mübarizə təhlükəsizlik, kəşfiyyat, kommunikasiya və beynəlxalq əməkdaşlıq daxil olmaqla çoxşaxəli bir dövlət refleksinə əsaslanır”- deyə o bildirib.

Seçilən
97
turkic.world

1Mənbələr