AZ

Fransada Stalinqradla bağlı qalmaqal yaranıb

Fransanın Drap şəhərində Stalinqrad bulvarının adının dəyişdirilməsi yerli sakinlərin və solçu siyasətçilərin ciddi narazılığına səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə yerli Nitsa-Matin qəzeti məlumat yayıb.

"Stalinqrad adının istifadəsi təkcə kommunizmə bağlılığın nümayişi deyil. Bu, həm də nasistlər üzərində ilk böyük qələbədir, deyə Kommunist Partiyasının yerli şöbəsinin keçmiş katibi Filip Pelleqrini bildirib.

Nəşrin məlumatına görə, şəhər bələdiyyə şurasının iyulun 4-də keçirilən iclasında seçilmiş məmurlar şəhərin 40-dan bir qədər çox küçəsinin adının dəyişdirilməsi layihəsinə səs veriblər.

Stalinqrad bulvarı Rive du Paillon bulvarına çevriləcək. Qəzetin yazdığına görə, opponentlər yerli hakimiyyətin bu qərarından təəssüflənirlər.

Poliqon.info

 

Seçilən
18
poliqon.info

1Mənbələr