AZ

Viktor Orban: Yeni büdcə layihəsi Avropa İttifaqını məhv edəcək

Təklif olunan yeni büdcə layihəsi Avropa İttifaqını (Aİ) məhv edəcək...

Poliqon xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun fikrincə, Avropa Komissiyasının (AK) təklif etdiyi büdcə layihəsində aydın strateji əsaslar yoxdur.

"Bu büdcə Avropa İttifaqını məhv edəcək. İnanıram ki, bu büdcə gələn il belə davam etməyəcək, Avropa Komissiyası ya onu geri götürməli, ya da addım-addım geri çəkilməli olacaq", deyə Orban qeyd edib.

O, həmçinin Aİ-nin Ukraynaya vəsait ayırma planını və fermerlər üçün subsidiyalarda planlaşdırılan dəyişiklikləri tənqid edib.

Bir gün əvvəl Almaniya hakimiyyəti AK-nin Aİ büdcəsinin artırılması təklifinə qarşı olduqlarını açıqlamışdı. Berlinin fikrincə, Aİ indi rəqabət qabiliyyətini artırmalı və müdafiəyə hazır olmalıdır, Avropa isə qlobal səviyyədə fəaliyyət göstərə bilməlidir. Ona görə də bütün Aİ-yə üzv dövlətlərin öz milli büdcələrini konsolidasiya etmək üçün əhəmiyyətli səylər göstərdiyi bir şəraitdə Almaniya Avropa Komissiyasının təklifini dəstəkləyə bilməz.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr