“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Botafoqo”dan Tyaqo Almadanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Atletiko” transfer üçün Braziliya klubuna 21 milyon avro ödəyib. Almada ötən mövsümü “Lion”da icarədə keçirib.