AZ

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaqda 18 nəfər həbs edilib

BAKI, TurkicWorld

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.

TurkicWorld xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən “rüşvət alma”, “rüşvət vermə” və “tenderlərin saxtalaşdırılması” ittihamları ilə açılmış istintaq davam etdirilir.

İttihamlar sırasında həmçinin “cinayət təşkilatına rəhbərlik”, “qəsb”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “dələduzluq” kimi ağır cinayət maddələri də yer alır.

İstintaq çərçivəsində daha öncə vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da şübhəli qismində araşdırılır.

İstanbul Təhlükəsizlik Müdirliyinin Maliyyə Suçlarla Mübarizə Şöbəsi tərəfindən şübhəlilərin tutulması üçün əməliyyat başladılıb.

Seçilən
97
1
turkic.world

9Mənbələr