AZ

İran səfirindən Ermənistan açıqlaması

Ermənistan hakimiyyəti İran tərəfini əmin edib ki, digər ölkələrlə, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığın inkişafı İrəvan və Tehran arasında münasibətlərə zərər vermir.

Olaylar.az erməni mediasına istinadən bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

Onun sözlərinə görə, Tehran erməni dostlarına güvənir. Mehdi Sobhani Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır. Onun sözlırinə görə, Tehran həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, İrəvanla qonşuları arasında dinc yanaşı yaşamada maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
40
olaylar.az

1phrase_var_article.sources