“İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş qüvvəyə minib”.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
"Bu, artıq icra üçün məcburidir", - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, saziş hazırda hər iki ölkədə qanuni formaya malikdir.
Xatırladaq ki, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş 2025-ci il yanvarın 17-də imzalanıb.
Daşqın HəsənovMissiya.Az