AZ

“Sabah”ın akademiyası “Bayıl Arena”ya köçür? – KLUBDAN AÇIQLAMA

Azərbaycanda “Barselona” futbol akademiyasının fəaliyyətə başlaması ilə bağlı paytaxtda yerləşən “ASK Arena” stadionu onların sərəncamına verilib. Bu isə stadionda fəaliyyət göstərən “Sabah” futbol klubunun akademiyası üçün problemlər yaradıb.
 

Çünki komandanın aşağı yaş qrupları üzrə bütün komandaları məhz “ASK Arena”da məskunlaşmışdı. Artıq vəziyyətlə əlaqədar “Sabah” klubunun akademiya üçün yeni məkan axtardığı, hətta yeni baza kimi “Bayıl Arena”nın seçildiyi bildirilir. 


Məsələyə aydınlıq gətirmək üçün kubla əlaqə saxladıq. 

Komandanın mətbuat katibi Elnur Həmidov Bizim.Media-ya açıqlamasında akademiyanın müvəqqəti olaraq “Bayıl Arena”ya köçdüyünü bildirdi:

“Bizim əsas komandamız Şüvəlandakı “AZAL Arena”da məskunlaşıb. Akademiyamız isə “ASK Arena”dan yararlanır. Hazırda "ASK Arena"da təmir işləri getdiyi üçün akademiyamızın komandaları Bayıl stadionunda məşqlərini davam etdirir. Bu, müvəqqəti xarakter daşıyır”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
64
bizim.media

1Mənbələr