AZ

"Şelburn" - "Qarabağ" oyunun hakimləri müəyyənləşib


UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ölkəmizi təmsil edən “Qarabağ” klubunun II təsnifat mərhələsindəki ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, iyulun 23-də İrlandiyada “Şelburn” klubu ilə səfər qarşılaşmasında Xorvatiyadan olan hakimlər briqadası ədaləti qoruyacaq.
Dublin şəhərində yerləşən “Tolka Park” stadionunda keçiriləcək görüşün baş hakimi Ante Çulina olacaq.
Onun köməkçiləri Luka Puşiç və İvan Mihali olacaq. Mateo Erceq isə dördüncü hakim funksiyasını icra edəcək. Oyunun VAR sistemi üzərində nəzarəti Mario Zebec aparacaq, AVAR funksiyasını isə Tixomir Pejin yerinə yetirəcək. Qeyd edək ki, bütün hakimlər Xorvatiyanı təmsil edir.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi – İlk oyun
23 iyul, 22:45
“Tolka Park”, Dublin
Seçilən
15
yeniavaz.com

1Mənbələr