AZ

"Azeri Light" markalı neftin qiyməti bahalaşdı

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,31 ABŞ dolları və ya 0,43% artaraq, 72,67 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,25 dollar və ya 0,35% bahalaşaraq 71,36 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,94 dollar və ya 1,64% artaraq, 58,11 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,95 dollar və ya 1,36% artaraq, 70,96 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Milli.Az

Seçilən
4
26
milli.az

10Mənbələr