AZ

57 yaşlı aktyor ürək tutmasından vəfat etdi

Türkiyəli aktyor Mehmet Ali Tuncer vəfat edib.

Far.Az xəbər verir ki, o 57 yaşında ürək tutmasından dünyasını dəyişib. Onun vəfatı ilə bağlı iş adamı Ekrəm Tuncer məlumat yayıb. 

Mehmet Ali Tuncer ürək problemi olduğunu və onun uzun müddətdir müalicə aldığını bildirib.

Xatırladaq ki, aktyor 1968-ci ildə İstanbulda doğulub. O ilk dəfə 1985-ci ildə fəaliyyətə başlayıb. 

Tuncer "Deli Yürek", "Böylemi Olacaktı", "Çarli İş Başında" kimi seriallarda rol alıb. "Sanat Manat'a Karşı" və "Efendi Hayrettin Süperstar" kimi tamaşalarda müxtəlif rollar oynayıb.

Seçilən
27
far.az

1Mənbələr