AZ

"Barselona", "Liverpul", "Bavariya" sıraya düzüldü -

Səudiyyə Ərəbistanı “Real Madrid”in ulduzu Vinisius Junioru transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, ərəblər braziliyalı futbolçu üçün 350 milyon avroluq təklif irəli sürüblər. Məlumata görə, futbolçuya 5 illik müqavilə və ümumilikdə 1 milyard avro təklif edilib.

Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqaviləsi 2027-ci ildə yekunlaşır. Tərəflər müqaviləni yeniləmək barədə razılığa gələ bilməyib. Bundan əvvəl, “Liverpul" klubunun Vinisius Junioru transfer etmək üçün 130 milyon avroluq təklif irəli sürdüyü barədə xəbərlər dərc edilmişdi. “Barselona” və “Bavariya”nın da Vinisius Juniorun xidmətində maraqlı olduğu bildirilir.

Seçilən
21
metbuat.az

1Mənbələr