AZ

300 il əvvəl piratlar tərəfindən batırılımış xəzinə daşıyan gəmi tapıldı

Arxeoloqlar yüz illər əvvəl tarixin ən bədnam dəniz quldurlarından birinin qurbanı olmuş gəminin qalıqlarını aşkar ediblər.

AzPost bildirir ki, iki amerikalı tədqiqatçı “Wreckwatch” jurnalındakı məqalədə Afrikanın Nouzi- Borhan adası yaxınlığında 300 il əvvəl batmış  “Nossa Senhora do Cabo” kimi tanınan Portuqaliya gəmisinin qalıqlarını tapdıqlarını bildiriblər.

Gəminin 1721-ci ildə 18-ci əsrin ən qorxulu dəniz qarətçilərindən biri olan fransız pirat Oliver “Buzzard” Levasseur tərəfindən talan edildiyi güman edilirdi.

Tarixi Gəmilərin Qorunması Mərkəzinin əməkdaşları olan amerikalı arxeoloqlar Brandon Clifford və Mark Agostini öz tapıntılarını tarixi qeydlər və hidrolokasiya daxil olmaqla 16 illik araşdırmalara əsaslandırıblar. Onlar həmçinin 3000-dən çox artefakt aşkar ediblər, yükün ümumi dəyəri bugünkü pulla təxminən 138 milyon dollardır.

İki tədqiqatçı ilkin olaraq itmiş gəminin konturuna uyğun gələn balast yığınını tapıb, sonra Madaqaskarın şimal-şərq sahillərində, Nouzi- Borhandan cəmi 400 mil aralıda qalıqları aşkar ediblər.

Dağıntılar yerində tapılan artefaktlar arasında ərəb yazıları olan sikkələr, dəbdəbəli saxsı qabların qalıqları və Lissabon kafedralları üçün nəzərdə tutulmuş oyma dini heykəlciklər var olub.

Gəmi 1721-ci ilin əvvəlində Qoa arxiyepiskopu və Mozambikdən olan 200-dən çox qulla Hindistanın Qoa adasından yola düşüb.

Bununla belə, gəmi Portuqaliyada təyinat yerinə çatmazdan əvvəl Levasseurun başçılıq etdiyi pirat donanması tərəfindən pusquya salınıb. Arxeoloqların yazdığına görə, itdiyi düşünülən gəmidə heyrətamiz miqdarda xəzinə olub.

AzPost.az

Seçilən
26
azpost.info

1Mənbələr