
Bu həftə UEFA-nın ölkə reytinqinə daha 0,125 əmsal əlavə olunub.
Yeniavaz.com xəbər verir ki, bu nəticə Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Sele" (Sloveniya) – "Sabah" (Azərbaycan) qarşılaşmasının nəticəsi ilə bağlıdır. 3:3 hesabı ilə başa çatan oyuna görə "Sabah" klubu ölkə üçün 0,125 əmsal qazandırıb.
Hazırda Azərbaycanın ümumi əmsalı 17.250-dir və bu göstərici ilə ölkəmiz 29-cu sırada qərar tutur. Reytinqdə bizdən bir pillə yuxarıda 17.975 əmsalla Ukrayna, bir pillə aşağıda isə 16.500 əmsalla Bolqarıstan mövqe tutur.