BAKI, 18 iyul. TELEQRAF
11 il ərzində özgə adı altında gizlənən kişi İnquşetiyada saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında məlumat yayıb.
Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin (CM) 228-ci maddəsi ilə cinayət işi hələ 2014-cü ildə Maqadan vilayətində qaldırılıb, lakin o, gizlənmək üçün regionu tərk edib.
Cari ilin iyun ayında polis əməkdaşları kişinin İnquşetiyada ola biləcəyi yeri müəyyən ediblər. Bütün bu müddət ərzində o, qohumunun sənədlərindən istifadə edib, rəsmi əmək münasibətləri qurmayıb və dövlət qurumlarına müraciət etməyib.
Şübhəli şəxs saxlanılıb, daha sonra həbs edilib. O, 15 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.